Qaynarinfo publika.az-a istinadən "Yeni il” bayramını yorğana bürünmüş halda, bir fincan qəhvə ilə keçirəcək insanlar üçün 5 ən yaxşı bayram filmini təqdim edir.

"It's a Wonderful Life” (Heyrətamiz həyat)



1946-cı ildə çəkilən filmdə bayram gecəsi intihar etməyi düşünən bir insanın hekayəsi ekranlara gətirilib. Yer kürəsinə enən bir mələk iflas uçurumunun bir addımlığında olan iş adamına həyatda olmadığı müddətdə dünyanın necə dəyişdiyini göstərir.

"When Harry Met Sally” (Harri ilə Sellinin görüşü)



90-cı illərin romantik komediyası olan film universitetdən yeni məzun olduqları gün səfərdə tanış olan cütlüyün həyat hekayəsini təsvir edir.

"Home Alone 2: Lost in New York” (Evdə tək 2: Nyu Yorkda itmək)



M.Kalkinin baş rol oynadığı və dünyada əzbər olan bu film "Evdə tək” filminin ikinci buraxılışıdır. Qeyd edək ki, bu filmdə hazırki ABŞ prezidenti Donald Trampı da görə bilərsiniz.

Edward Scissorhands (Eduard Şissorhends)



Baş rollarında Conni Depp və Vinona Riderin oynadığı film ixtiraçısının ani ölümü ilə qayçı əlləri yarımçıq qalan Eduardın yeni həyatını mavi ekranlara gətirir. Eduard Avon adlı bir qadının köməyi ilə qaranlıq qəsrini tərk edib klassik bir Amerikan qəsəbəsinə yerləşir.

The Holiday (Tətil)



İki qadın, iki fərqli ölkə və qarışıq münasibətlər. Kamerun Diaz, Cud Lao, Keyt Uinslet və Cek Blekin baş rollarını oynadığı film eşq həyatları üzündən bədbəxtliyə düçar olan iki qadının tətil üçün İngiltərənin kiçik bir qəsəbəsində və Los Anceles şəhərində yerləşən evlərini dəyişdirməsi səhnəsi ilə başlayır.