Ekonomiks 10:03 14.04.2014

Yeni “iPhone-6”da bu düymə olmayacaq

“Apple”nin bu il təqdim etməsi gözlənilən “iPhone-6” cihazının necə olması barədə virtual dünyada paylaşılan foto və videoların ardı - arası kəsilmir.

İnternetdə paylaşılan yeni iddiada “iPhone-6”da ən önəmli düymələrdən birinin olmayacağı bildirilib.

Məlumata görə, bu, cihazın üst tərəfində olan “power” düyməsidir.

Yeni “iPhone-6”da bu düymənin dsipley ekranda olacağı bildirilib (ANS PRESS).

Qaynar.info