Foto 17:04 15.11.2018

Yeni klipini təqdim edən Mələkdən iddialı sözlər (FOTOLAR)

Dünən gənc müğənni Mələk Bakı Bulvarının Venesiyasında yerləşən məşhur SWICHrestoranında "Qədəhlər” adlı yeni klipini təqdim edib. 

Qayanrinfo xəbər verir ki, təqdimatda müğənninin özü ilə yanaşı, klipin rejjisoru və media nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan gənc müğənni klipin sujeti barədə iştirakçılara geniş məlumat verib. Sonra Mələk jurnalistlərin suallarını cavablandırıb. Sual-cavab mərhələsində müğənni bir sıra iddialar ortaya qoyub. 

Müğənni qeyd edib ki, heç bir zaman bayağı mahnılar oxumayacaq. Bundan başqa Mələk bir sıra müğənniləri, o cümlədən, Üzeyirin, Şəbnəmin və Damlanın bayağı mahnılar oxuduğunu deyib: "Mən heç bir zaman bayağı mahnılar oxumayacam. Çalışacam ki, hər zaman sənətimdə bəlli səviyyəni qoruyum saxlayım. Bu mənim prinsiplərimdən irəli gəlir. Bundan başqa qarşıda bir sıra ciddi layihələrim var. Konservatoriyanı bitirmişəm, səsimə güvənirəm. Gələcəkdə həm ölkədaxili, həm də ölkə xaricində ciddi layihələr reallaşdırmağı hədəfləmişəm”

Məlumat üçün qeyd edək ki, Mələk Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının mədəniyyət şöbəsinin rəhbəridir. İctimaiyyətə təqdim olunan "Qədəhlər” adlı mahnının sözləri isə müğənninin özünə aiddir.

Sonda iştirakçılar üçün şirniyyat süfrəsi açılıb, klip ətrafında müzakirələr davam edib.