Dünya 14:06 23.05.2013

Yeni "boz kardinal" təyin olundu

Prezident yeni aparat rəhbərinbin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Rusiya prezidenti Vladimir Putin baş nazirin müavini və aparat rəhbərini təyin edib. Bu posta Vladislav Surkovun vəzifəsini müvəqqəti icra edən Serqey Prixodko gətirilib. 

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin baş nazirin müavini Vladislav Surkovu mayın 8-də vəzifədən azad edib. Bu barədə Kremlin rəsmi saytında Vladimir Putinin müvafiq fərmanı da yerləşdirilib. 

Həmin sənəddə bildirilir ki, baş nazirin müavini Vladislav Surkov tutduğu vəzifədən öz istəyi ilə azad edilib.

Qaynar.info