Yeni sədr anons verdi: Bu sahədə ciddi islahatlar aparılacaq (VİDEO)
Ticarət və biznesin inkişafı gömrük orqanlarında kadr və infrastruktur islahatlarını labüd edir. Bunu jurnalistlərə açıqlamasında dövlət gömrük komitəsinin sədri Səfər Mehdiyev deyib. Onun sözlərinə görə, bu sahədəki çatışmazlıqların aradan qaldırılması istiqamətində ciddi işlər görüləcək.
Komitə sədrinin sözlərinə görə, ticarət sahəsində həyata keçirilən yeniliklər gömrük orqanlarında da islahatları zəruri edir. Bu baxımdan strukturda, ümumiyyətlə, gömrük-biznes münasibətlərində şəffaflığın daha da artırılması və büdcə gəlirlərinin formalaşdırılmasında çatışmazlıqların aradan qaldırılması üçün işlər görüləcək. Onun sözlərinə görə, Komitə qanunsuz əməllərə qətiyyən yol verməyəcək...
Komitə sədri sahibkarların rahat idxal-ixrac əməliyyatları ilə məşğul olmaları üçün lazım olan bütün texniki imkanlardan istifadə edəcəklərini bildirib. Səfər Mehdiyev deyib ki, komitə tərəfindən icra olunan büdcə tapşırığı nəzərdə tutulan proqnozdan yüksək olub.
Dövlət Gömrük Komitəsinin sədri deyib ki, bu artım ticarətdə, idxal-ixrac əməliyyatlarında artım hesabına baş verib. Onun sözlərinə görə, bu tendensiya davam edəcək. (Xəzər TV)
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər