Siyasət 15:12 17.05.2013

Yeni səfir səlahiyyətlərinin icrasına avqustda başlayacaq

Niderlandın Azərbaycandakı səfiri Aryen Uyterlindenin səlahiyyətləri başa çatıb.

APA-nın məlumatına görə, yeni səfir Rob Qabrielsenin Bakıya avqustda gələcəyi gözlənilir. 
Qeyd edək ki, Aryen Uyterlinde Niderlandın Azərbaycandakı səfiri vəzifəsini 2010-cu ilin sentyabrından icra edir. Yeni səfir isə buna qədər Niderlandın Maltadakı diplomatik missiyasına rəhbərlik edib.

Qaynar.info