"Kurtlar Vadisi" serialında canlandırdığı "Polat Alemdar" obrazı ilə milyonların qəlbini fəth edən aktyor Necati Şaşmaz bu dəfə fərqli bir obrazla izləyicilərin qarşısına çıxacaq.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor Mövlana Cəlaləddin Rumi ilə Şəms Təbrizinin həyatından bəhs edən və özünün yazdığı ssenari əsasında çəkiləcək yeni serialda "Şəms" obrazını canlandıracağını bildirib.

Qeyd edək ki, bu, aktyorun karyerası ərzində oynadığı ilk fərqli obraz olacaq.