Yeni şəxsiyyət vəsiqələri "Bakutel" sərgisində təqdim olunub.

Bu barədə Qaynarinfo 1news.az-a istinadən xəbər verir.

Qeyd olunur ki, yeni vəsiqələr 2019-cu ildən istifadəyə veriləcək.

Yeni nəsil şəxsiyyət vəsiqlərinin bir çox üstünlükləri olacaq.

Belə ki, bu vəsiqəni əldə edən şəxslərin artıq elektron imza sertifikatı almasına ehtiyac qalmayacaq: "Elektron daşıyıcısı (çipi) olan yeni nəsil şəxsiyyət vəsiqələrinin əsas özəlliyi odur ki, onlara şəxsiyyət vəsiqəsi sahibinin elektron imzası və identifikasiyası ilə bağlı sertifikatları daxil ediləcək. Nəticədə yeni vəsiqələr şəxsiyyəti identifikasiya etməklə yanaşı, həmçinin, elektron sənədlərin imzalanmasında da istifadə ediləcək. Bununla da vətəndaşlar e-imza sertfikatı almaq məcburiyyətində qalmayacaq”.