Ekonomiks 21:05 02.10.2014

Yeni smartfon nümayiş etdirildi

“LG F Series” smartfonlarının istehsal xəttinə ”LG F60” modeli əlavə edilib. Bu qurğuda 800x480 piksel təsvir ölçülü 4,5 düymlük IPS ekran, 1.2 QHs takt tezlikli dördnüvəli "Qualcomm Snapdragon 400" prosessoru, 5 meqapiksellik əsas və 1,3 meqapiksellik ön kameralarla təchiz olunub. 



Qaynar.info ICTnews-a istinadən bildirir ki, Bundan başqa, aparat 1 QB əməli yaddaş, 4 və ya 8 QB daxili yaddaş, 32 QB tutumadək microSD çıxarılıb taxılan daşıyıcıları üçün slot, Wi-Fi 802.11 b/g/n, Bluetooth 4.0, GPS/A-GPS və NFC modulları ilə təchiz olunub. Cihaz dördüncü nəsil (LTE) şəbəkəsinə qoşula bilir.


İstehsalçı aparatın avtonom iş vaxtını açıqlamayıb, amma akkumulyator batareyasının tutumu 2100 milliamper/saat təşkil edir.


Smartfona “Android 4.4.2 KitKat” əməliyyat sistemi quraşdırılıb.


Məhsulun ölçüləri 127,5 x 67,9 x 10,6 mm, çəkisi 129,6 qram təşkil edir. Smartfon SIM kartlar üçün bir və iki slota malik versiyalar şəkildə satılacaq. Aparat qara və ağ rənglərdə əlçatan olacaq.


Aparatın qiyməti hələ ki bilinmir.

Qaynar.info