Texnologiya 14:44 09.06.2018

Yeni virus yayılıb: antivirusu məhv edir, sistemi ələ keçirir

Saytlar üçün təhlükəsizliyi təmin edən və antiviruslar yaradıcısı olan "Defiant" kampaniyası sistemlərə yeni virus hücumunu aşkar edib. 

Qaynarinfo xəbər verir ki, rus hakerləri tərəfindən yaradıldığı iddia edilən və "BabaYaga” adlanan virus sistemə daxil olan kimi antivirusu tapıb məhv edir. Virus sərbəst şəkildə "Wordpress" sistemini yükləmə gücünə malikdir. 

Bundan əlavə virusun alış-veriş saytlarına daxil olma və satışdan öz faizini götürə bilmə imkanı var. Virus bir mərkəzdən idarə olunur. Hətta bazaya "Google", "Bing", "Yahoo" vasitəsilə nə qədər yoluxma olduğunu da müəyyən edə bilir. 
 
Nərmin