Dünya 11:20 23.01.2020

Yeni Zelandiyada vulkan qurbanlarının sayı 20-yə çatdı

Yeni Zelandiya polisi dekabrın 9-da White Island adasında vulkan püskürməsi nəticəsində həlak olanların sayının iyirmi nəfərə qədər artdığını bildirib. 

Qaynarinfo xəbər verir ki, bu haqda cümə axşamı polisin saytında məlumat yayılıb.

Buna qədər 18 qurbanın olduğu bildirilmişdi.

"Baş təhqiqatçı White Island adasında vulkan püskürən zaman itkin düşən iki nəfərin öldüyünü təsdiqləyib", - hüquq-mühafizə orqanlarının əməkdaşları xəbər yayıb.