Dünya 17:02 04.09.2017

Yer altından çıxarıldı: çəkisi 1,8 tondur (FOTOLAR)

Almaniyanın Frankfurt şəhərində II Dünya Meharibəsindən qalma bombanın zərərsizləşdirilməsi üçün 65 min insan yaşadığı evlərindən təxliyə olunub.

"Qaynarinfo"nun xarici KİV-ə istinadən məlumatına görə, sözügedən ərazidə yerləşən xəstəxanalar, məktəblər, qocalar evi və Almaniyanın Mərkəzi Bankı da boşaldılıb.

Bomba torpağın altından böyük çətinliklə çıxarılıb. Onun çəkisinin 1,8 ton olduğu bildirilib və zərərsizləşdirilməsi üçün təhlükəsiz əraziyə aparılıb.

Evlərindən uzaqlaşdırılan insanlar bundan sonra geri qaytarılıb.

Qaynarinfo.Az