Dünya 19:00 02.12.2018

Yer kürəsi gələn ildən soyudulmağa başlanacaq - Dünyanın xilas tədbirləri

Qlobal isinməyə qarşı 2019-cu ildə Yer kürəsinin soyudulması eksperimentlərinə başlanılacaq.

Harvard Universitetinin məruzəsində Günəş işığının filtrasiyası qlobal proqramının planetimiz üçün maliyyəti 2 milyard dollar tutacaq.

Digər nəhəng elmi eksperimentlərlə müqayisədə bu xərclər o qədər azdır ki, elm adamları Günəş işıqlarından qorunmaq üçün atmosferdə süni təbəqə yaratma fikrinə qayıtdılar (Daha əvvəllər bu süni təbəqənin kənd təsərrüfatında məhsuldarlığı aşağı düşürəcəyindən ehtiyat edirdilər). Qlobal isinmənin fəsadları artdıqca 2 milyardın gülməli bir rəqəm olduğu hər kəs tərəfindən qəbul olunur.

Alimlər böyük geo-mühəndislik işlərinin riskini tam təsəvvür etməkdə çətinlik çəkdiklərini etiraf edirlər. Ona görə də eksperimentlər mikro-miqyasda keçiriləcək. Harvardlı elm adamları göyə stratosfer zondu buraxaraq, müəyyən yüksəklikdə 100 qram kalsi-karbonat tozlandıracaqlar. Yaranan bulud və ya təbəqə Günəş işıqlarını əks etdirərək geri çevirəcək. Buludlar həftələr, aylar, hətta illərlə bu funksiyanı yerinə yetirəcəklər.

İlk etapda eksperimental buluddan konkret nəticələr gözlənilmir. Ancaq atmosferin Günəş işıqları ilə isinməsinin minimizə edilməsində bu buluddan daha böyüklərini yaratmmaq üçün prototip kimi istifadə olunacaq. (azedu.az)
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!