Dünya 13:14 01.09.2013

Yeriyən balıq - VİDEO



İndoneziya sahillərində aşkarlanan balıq ictimaiyyətdə müzakirələrin meydana gəlməsinə səbəb olub. Türkiyə mətbuatı xəbər verir ki, bu balıq digər balıqlardan fərqli olaraq üzmür, yeriyir.

Akademiklər bu balıqla akula və ilan arasında qohumluq əlaqəsi olduğunu iddia edirlər. Balıq üzgəclərini ayaq kimi istifadə etdirərək davamlı olaraq yem axtarır.

Bölgədə yaşayan insanlar uzun illərdir ki, bu canlını ovladıqlarını bildirirlər. Lakin akademiklər isə bu cür balığa rast gəlmədiklərini vurğulayırlar. Hazırda elm adamları bu balığa “yeriyən balıq” adı veriblər. // ANS PRESS