Foto 13:57 08.12.2019

Yevda Abramov dəfn edildi (YENİLƏNİB/FOTO/VİDEO)

Qubada mərhum deputat Yevda Abramovun dəfn mərasimi başa çatıb.

"Report"un məlumatına görə, mərhum Qırmızı qəsəbə ərazisində yerləşən dağ yəhudilərinin dəfn edildiyi qəbirstanlıqda torpağa tapşırılıb. 

Milli Məclisin İnsan hüquqları komitəsinin sabiq sədr müavini dekabrın 6-da müalicə olunduğu Mərkəzi Klinik Xəstəxanada 71 yaşında dünyasını dəyişib. Milliyyətcə yəhudi olan Yevda Sasunoviç Abramov 12 iyun 1948-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub.
 
11.48 
 
Dekabrın 6-da 71 yaşında dünyasını dəyişən Milli Məclisin deputatı Yevda Abramovla Quba Rayon Mədəniyyət Mərkəzində vida mərasimi keçirilir.

Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, mərasimdə YAP sədrinin müavini-icra katibi Əli Əhmədov, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, millət vəkili Vahid Əhmədov, Xaçmaz və Quba rayonlarının icra başçıları, mərhum deputatın qızı Fərəh Yusifova və başqaları iştirak edirlər. 

Xatırladaq ki, Y. Abramov onkoloji xəstəlikdən əziyyət çəkdiyinə görə uzun müddət İsraildə müalicə alıb. İki gün əvvəl isə o, müalicəsini davam etdirdiyi Mərkəzi Klinikada vəfat edib.