Dünya 13:47 06.01.2013

Yezidlərlə ermənilər əl-ələ

Yezidi lideri xalqının ermənilərdən öyrənməli çox şeyi olduğunu deyib

“İndi yezidilər ermənilərlə daha çox birləşməlidir”. Bunu “news.am” saytına müsahibəsində yezidi icmasının sədri Əziz Tamoyan deyib. Ermənistanda 60 000 yezidi yaşadığını deyən Tamoyan ölkədə yezidilərin təhsilinə və mədəniyyətinə dəstək verdildiyini qeyd edib.

“34 yaşayış məskənindəki məktəbdə yezidi dili dərsləri var. Bu məqsədlə məktəblərdə lazım olan dərs vəsaitini Ermənistan hökuməti təmin edir. Bundan başqa “Ezidixana” qəzetinə də dəstək verməklə yanaşı akademiyalarda yezidiliyin araşdırılması üçün müvafiq bölümlər açılır” – deyə Tamoyan bildirib.

Yezidilərin Ermənistanın ictimai-siyasi həyatındakı rolu barədə verilən suala isə Tamoyan, yezidilərin erməni xalqından öyrənəcək çox şeyi olduğunu deyib. “Xalqımız əsasən heyvandarlıq və əkinçiliklə məşğul olur. Bu isə təhsil və karyeranın qarşısında dayanan ən böyük maneələrdəndir”.

ANS Press