Bu gün İranda futzal üzrə "4 Top Nations” turniri start götürüb. 
 
Qaynarinfo-nun Apasport.az-a istinadən məlumatına görə, milli komandamız da beynəlxalq yarışda iştirak edib.

Joze Alesio Da Silvanın yetirmələrinin ilk rəqibi meydan sahibi İran yığması olub. Cənub qonşularımızla artıq millilər səviyyəsində bir dəfə üz-üzə gəlmişik.
 
2016-cı ildə Kolumbiyada keçirilən futsal üzrə dünya çempionatında millimizlə birlikdə F qrupunda çıxış etmiş İran futzalçıları ilə yığmamız bərabərliyə razılaşmışdı.
 
Asiyanın güclülərindən olan rəqibimiz hazırda dünya sıralamasında "ilk 10”da yer alır.
 
Bu dəfə də iki komanda arasındakı oyunda qalib müəyyənləşməyib. Hərəyə 3 qol vuran komandalar hərəyə 1 xal qazanıblar.
 
Qeyd edək ki, günün ilk oyununda Rusiya və Qazaxıstan milliləri də eynihesablı bərabərliyə razılaşıblar.
 

"4 Top Nations” turniri
I tur
Rusiya - Qazaxıstan - 3:3
 
İran – Azərbaycan - 3:3
Qollar: Ə.Hassanzadə, 2:28, Tayebi, 3:18, Şajari, 27:04 – Bastos, 1:32, Karvalyo, 16:13, Tyaqo, 39