İdman 18:57 09.08.2013

Yığmamızın futbolçusu satılacaq

Türkiyənin “Eskişehirspor” klubu futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Ufuk Budakı transferə çıxarıb.

Türkiyənin “Eskişehirspor” klubu futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Ufuk Budakı transferə çıxarıb.  Azerisport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, məşqçilər korpusunun istəyi ilə Ufuk Budak, Nuri Fatih Aydın, Gökhan Köseoğlu və Adem Sarının başqa klublara icarəyə verilməsi barədə qərar qəbul olunub. Millimizin üzvünün hansı klubda çıxış edəcəyi hələ bilinmir.

Qeyd ki, Ufuk “Eskişəhərspor”un yay təlim-məşq toplanışına qatılıb və baş məşqçi Ertoğrul Sağlam ona əksər yoxlama oyunlarında oynamaq şansı verib. Ötən mövsümü zədə üzündən boşa verən futbolçu əvvəllər Almaniyanın “SSV Ulm 1846” və “Freiburg” klublarında çıxış edib.

Qaynar.info