İdman 19:26 22.05.2013

Yığmamızın heyəti açıqlandı

Təlim-məşq toplanışına 17 güləşçi cəlb edilib

2013-cü ilin təqvim planına əsasən, yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandamız bu ayın sonunda Türkiyənin paytaxtı Ankarada keçiriləcək “Çempionlar” beynəlxalq turnirində iştirak edəcək.Qaynar.info-nun Azərbaycan Güləş Federasiyasına istinadən verdiyi xəbərə görə, yarışa hazırlıq məqsədilə məşqçilər korpusunun rəyinə əsasən, güləşçilərimiz mayın 13-dən etibarən Bakıda təlim-məşq toplanışına başlayıb.

Mayın 30-dək davam edəcək hazırlıq prosesində böyük məşqçi Şaban Donat, məşqçilər Akif Əliyev və Fuad Alıyevin rəhbərliyi altında 17 güləşçi iştirak edir. Təlim-məşq toplanışına cəlb edilən güləşçilərin siyahısı belədir:

1. Cabbar Yusifli 50 kq
2. Ramiz Məmmədov 50 kq
3. Seymur Əlizadə 50 kq
4. Sakit Quliyev 55 kq
5. Murad Məmmədov 55 kq
6. Elnur Həsənov 55 kq
7. Elman Muxtarov 60 kq
8. Murad Bazarov 60 kq
9. Kərim Cəfərov 60 kq
10. Ruhin Mikailov 66 kq
11. Rövşən Tağiyev 66 kq
12. Ceyhun Əliyev 74 kq
13. Sahib Quliyev 74 kq
14. Ruslan Adjiqov 84 kq
15. Orxan Nuriyev 84 kq
16. Türmən Eyyubov 96 kq
17. Əli Həsənov 120 kq

Qaynar.info