Astara Dövlət Yol Polisi bölməsinin əməkdaşları gecə saatlarında rayon ərazisində bir neçə istiqamətdə reyd keçirib. Məqsəd yollarda təhlükəsiz və rahat hərəkətin təmin edilməsi, kobud qayda pozuntularına yol verən sürücüləri aşkarlamaq olub.

Qaynarinfo-nun ezerxeber.az-a istinadən məlumatına görə, reyd zamanı sərxoş sürücülər aşkarlanıb. Polisin "saxla" əmrinə tabe olmayan bəzi sürücülər isə təhlükə yaradaraq ərazidən uzaqlaşıblar.

Ərazidən uzaqlaşmağa çalışan bəzi sürücülər isə polis tərəfindən yaxalanıb. Bir neçə saat davam edən reyddə 60-a yaxın nəqliyyat vasitəsi saxlanılıb, 20 sürücü barəsində protokol tərtib edilib.
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!