Ölkə 10:58 14.01.2018

Yol polisi Sumqayıtda reyd keçirib (VİDEO)

Sumqayıtda qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib.

Qaynarinfo-nun XəzərXəbər-ə istinadən verdiyi məlumata görə, Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhərin Sülh küçəsində genişmiqyaslı reydlərə başlayıblar.

Reyd Bakı-Sumqayıt xətti üzrə fəaliyyət göstərən mikroavtobuslara qarşı olub. Reyd zamanı 20-yə yaxın avtomobil saxlanılıb. 

Araşdırma zamanı məlum olub ki, həmin mikroavtobusların əksəriyyəti istismar müddətini başa vurub. Əsasən yaşayış binalarının qarşısından sərnişin yığan sürücülərin bəzilərinin heç sürücülük vəsiqəsi də olmayıb. Belə reydlərin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub.