Video 21:23 09.11.2018

Yol polisimiz ABŞ-da dünya çempionu oldu (VİDEO)

Baş Dövlət Yol Polisi İdarəsinin, Yol Patrul Xidməti Alayının, xüsusi tağımının əməkdaşı, polis leytenantı Famil Məhərrəmov ABŞ-ın Florida ştatının Orlando şəhərində keçirilən dünya çempionatının qalibi olub.

Qaynarinfo Avtosfer.az-a istinadən xəbər verir ki, Poverliftinq Benc press növü üzrə keçirilən yarışda yol polisi zabiti birinci yeri tutaraq qızıl medal qazanıb.

Medalı ona WPC-nin prezidenti Mayk Svinni şəxsən təqdim edib. Yarışdan görüntüləri təqdim edirik: