Ölkə 09:22 16.09.2013

Yol polisini əzib qaçdı - AZƏRBAYCANDA

Tovuzda Dövlət Yol Polisi İdarəsinin əməkdaşını avtomobil vurub. APA-nın verdiyi məlumata görə, hadisə ötən gecə Bakı-Qazax magistral yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində baş verib.

Yolda xidməti vəzifəsini yerinə yetirən yol polisi çavuşu Nəsrəddin Həsənov qayda pozan “VAZ 21 012” markalı maşını saxlamaq istəyərkən avtomobil onu vurub. Sürücü hadisə yerindən qaçıb.

Dövlət Yol Polisi İdarəsinin 9-cu taqımından məlumatı APA-ya təsdiqləyiblər.

Yol polisi əməkdaşının səhhətinin normal olduğu bildirilib. Hadisəni törədən “VAZ 21 012” markalı avtomobilin tapılması istiqamətində tədbirlər həyata keçirilir.

Qaynar.info