Ekonomiks 18:10 17.09.2018

Yol tikintisinə pul ayrıldı

Prezident İlham Əliyev Abşeron rayonunun Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi (16 km)-Masazır-Novxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəcam imzalayıb.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı 75 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən yolun tikintisi məqsədi ilə 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 1,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayırıb.