Texnologiya 19:20 28.08.2018

“YouTube”da nə qədər vaxt sərf etdiyinizi biləcəksiniz

"YouTube” real həyat və internet arasında balansı qoruyub saxlamaq məqsədilə bu video hostinqdə keçirilən vaxtı göstərməyə başlayıb.

Qaynarinfo ICTnews-a istinadən xəbər verir ki, indi izlənmiş videolara sərf edilən vaxtı öyrənmək mümkündür.

Statistika jurnalı "YouTube” video hostinqində bu gün, dünən və son 7  gün ərzində izlənmiş videolara sərf edilmiş vaxtı göstərir.