Texnologiya 11:14 06.12.2017

"Youtube"dan qeyri-etik videolar üçün yeni addım

"Youtube" sosial şəbəkəsi qeyri-etik və insanlara zərər verə biləcək informasiyalarla dolu videoların yüklənməsinin qarşısını almaq üçün 10 min nəfər yeni işçi götürəcək.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, şirkətin baş icraçı direktoru Suzan Voyçiçki bəzi aktyorların təqdim edilən xidməti yanlış informasiya vermək, manipulyasiya etmək, narahatlıq yaratmaq üçün istifadə etdiyini deyib və tezliklə 10 min işçinin bu problemin həlli üçün çalışacağını qeyd edib. 

"Youtube" həmçinin azyaşlılara zərər verə biləcək şərhləri seçib qeyd edəcək texnologiyanın tətbiqinə də başlayacaq.

Gülşən