Xəbər lenti

Yoxlama aparıldı, direktor müavini işdən çıxarıldı
Ölkə 14:37 07.05.2024

Yoxlama aparıldı, direktor müavini işdən çıxarıldı

Orta ixtisas təhsil müəssisələrində kadr potensialı və tədris prosesinin təkmilləşdirilməsi istiqamətində işlər davam edir.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən Qaynarinfo-ya verilən xəbərə görə, Tovuz Dövlət Sosial-İqtisadi Kollecində tədris prosesinin təşkili ilə bağlı yoxlamalar aparılıb. Yoxlamanın nəticəsi olaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 06.05.2024-cü il tarixli əmri ilə tədris işləri üzrə direktor müavini Nuranə Ələkbərova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 4 aprel 2024-cü il tarixli əmri ilə Kollecin direktoru Rizvan Qənbərovla bağlanmış əmək müqaviləsinə xitam verilib. Agentliyin müvafiq əmri ilə Hicran Əyyubova 01.05.2024-cü il tarixindən Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsinə təyin edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->