Xəbər lenti

Dünya 12:39 26.07.2013

Yoxsulluqdan ailənin bütün üzvləri intihara cəhd etdi

Polis hadisənin təfərrüatları barədə məlumat verməyib

İranda bütöv bir ailə yoxsulluq səbəbindən intihara cəhd edib. Hadisə Səbzəvar şəhərinin Pəjuheş küçəsində baş verib. İranın «Lemonpress» agentliyinin məlumatına görə, ailənin 14 yaşlı qızı dünyasını dəyişib. Digər üzvlərinin səhhətlərinin stabil olduğu bildirilir. Polis hadisənin təfərrüatları barədə məlumat verməyib. Ancaq qonşular intiharın ailənin üzləşdiyi problemlər səbəbindən baş verdiyini bildiriblər. Qonşuların sözlərinə görə, ailə yoxsulluq içində yaşayıb və çıxış yolunu intiharda görüblər.
Qeyd edək ki, Səbzəvar Xəzər dənizi sahilində yerləşir. Bu şəhərdə əsasən giləklər yaşayır.


Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->