Foto 13:45 18.03.2018

PKK-nın 12 otaqlı silah-sursat bazasından görün nələr çıxdı (FOTOLAR)

"Zeytun Budağı Hərəkatı" çərçivəsində aparılan Afrin əməliyyatları zamanı PKK-nın Suriya qolu olan YPG-nin yeraltı silah-sursat anbarı tapılıb.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, tapılan 150 metrlik tunelin içərisindəki 12 otaqlı bazada ABŞ və Rusiya istehsalı olan minlərlə zenit və DŞK mərmisi, tank əleyhinə raketlər, top mərmiləri, lançer mərmiləri, tank sursatları və TƏİR (tank əleyhinə idarəolunan raket kompleksi) aşkar edilərək götürülüb.

Digər tərəfdən isə TSK (Türk Silahlı Qüvvələri) və ÖSO-nun (Azad Suriya Ordusu) birgə əməliyyatları zamanı Tələf kəndində terror qruplaşmasının siyasi təlim düşərgəsi tapılıb. 3 mərtəbəli, baxçalı, hovuzlu binada terror qruplaşmasının lideri Abdullah Öcalana aid kitablar, təşkilatlanma ilə bağlı çoxsaylı nəşrlər və afişalar ələ keçirilib.