Dünya 22:35 19.07.2013

Yubka məktəbli oğlanlar üçün etiraz forması kimi - AKSİYA

Britaniyanın Kardiff ərazisində yerləşən Vitçörç orta məktəbində bir qrup məktəbli oğlan dərsə yubka geyinərək gedir. 

ANN.Az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, oğlanların məktəbə yubkayla getməsinə səbəb kəskin istilərə baxmayaraq, məktəb rəhbərlərinin onlara şort geyməyə icazə verməməsi olub. 

Yeniyetmə yaşlarında olan 17 oğlan isə direktora etiraz olaraq belə bir yol seçiblər. 

Qaynar.info