Ölkə 19:06 16.08.2019

Yüksək bal toplayan 84 nəfər tələbə ola bilmədi

Abituriyentlər artıq ixtisas seçimlərinə başlayıb. Amma onların bəziləri yüksək bal toplamasına rəğmən, ali məktəblərə qəbul ola bilməyiblər. Belə abituriyentlərin sayı bəlli olub.

Bu barədə statistik məlumatlar "Abituriyent” jurnalının 8-ci nömrəsində dərc olunub.

Belə ki, I ixtisas qrupu üzrə müsabiqәdә iştirak edib ali tәhsil müәssisәlәrinә qәbul olmayan abituriyentlәrdən (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) 300 baldan yuxarı nəticə göstərən cəmi dörd, 200 baldan yuxarı nəticə göstərən cəmi səkkiz abituriyent tələbə adını qazana bilməyib. 

II ixtisas qrupu üzrə isə cəmi 300 baldan yuxarı nəticə göstərən cəmi beş, 200 baldan yuxarı nəticə göstərən cəmi 28 abituriyent ali təhsil müəssisələrinə qəbul oluna bilməyib.

III ixtisas qrupu üzrə yüksək bal toplayıb kənarda qalan abituriyentlərin sayı daha çoxdur. Belə ki, bu ixtisas qrupu üzrə 400 baldan yüksək nəticə göstərən 63 nəfər ali təhsil müəssisələrinə qəbul oluna bilməyib.

IV ixtisas qrupu üzrə 400 baldan yüksək nəticə göstərən 15 nəfər, 500 baldan çox nəticə toplayan altı abituriyent tələbə adını qazana bilməyib. (oxu.az)