Dünya 10:01 17.12.2018

Yunanıstanda TV binasına bombalı hücum

Yunanıstanda "SKAI" TV-sinin binasına bombalı hücum təşkil edilib.

Qaynarinfo xəbər verir ki, partlayışdan əvvəl hücum barədə xəbərdarlıq zəngi edilib və TV binası təxliyyə olunub. Partlayış zamanı kanalın binasına maddi zərər dəyib, yaralananlar olmayıb. Binanın yerləşdiyi küçə nəqliyyata bağlanıb və təhlükəsizlik tədbirləri təşkil edilib.

Gülşən