Sənət 17:07 18.06.2014

Yunanlar da Azərbaycan mahnısını oğurladılar – VİDEO

Musiqini bəyənən hər kəs onu ifa edə bilər, lakin…

Azərbaycanın bir çox mahnıları dünya xalqları tərəfindən sevilərək dinlənilir.

Mahnılarımızı bəyənən digər xalqlar bəzən mahnının mənbəyini və ilk ifaçısını göstərmir.

Qaynar.info Show.az-a istinadla bildirir ki, belə faktlardan biri isə yunan xalqının müğənnilərindən biri tərəfindən həyata keçirilib.

Mərhum sənətkar Hacıbaba Hüseynovun ifasında olan “Durna” mahnısına bu dəfə gənc yunan müğənnisi Eyfn (Eiphn Derempheh) müraciət edib.

Təbii ki, musiqini bəyənən hər kəs onu ifa edə bilər, lakin mahnının aid olduğu ölkəni istinad etmək şərti ilə.

Yunanlı müğənninin ifasında “Turna” adlanan mahnını təqdim edirik: