İdman 16:47 30.01.2019

"Yuventus" eyni futbolçunu 4-cü dəfə transfer etdi

"Yuventus" "Latsio"dan Martin Kaseresi heyətinə qatıb.
 
Qaynarinfo xəbər verir ki, Turin klubu uruqvaylı müdafiəçini yayadək icarəyə götürüb. Ona görə "Latsio"ya 600 min avro icarə haqqı ödəniləcək.

Qeyd edək ki, bu Kaseresin "Yuventus"a 4-cü keçidi olub. Turin klubu ilk dəfə onu 2009/10 mövsümündə "Barselona"dan icarəyə götürüb və 500 min avro ödəyib. 2012-ci ildə uruqvaylı futbolçu "Sevilya"dan "Yuventus"a 1,5 milyon avro qarşılığında 6 aylıq icarəyə verilib. İtalyanlar 2012-ci ildə 8 milyon avro ödəyərək transfer hüququnu aldığı futbolçu bu gün 4-cü dəfə heyətə qatıblar.