Siyasət 11:03 17.10.2013

“Yüz faiz qarşıdurma olacaq” – Siyavuş Novruzov

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Şuranın növbəti aksiyasında təxribat ola biləcəyinin anonsunu verib. 

Siyavuş Novruzov “Yeni Müsavat” qəzetinə müsahibəsində bildirib: 

“Partiya olaraq biz də bir şərt qoymuşuq. Əgər bunlar təhqiramiz ifadələrə, söyüşə, başqa-başqa hərəkətlərə yol verəcəksə, onda yüz faiz qarşıdurma olacaq. Özü də hüquq-mühafizə orqanları yox, YAP-ın gəncləri müdaxilə edəcək... 

Biz deyirik, ölkənin prezidenti, YAP-ın sədri var. YAP-ın sədrinə qarşı hər hansı bir təhqiramiz ifadə işlətsələr, cavablarını alacaqlar..."

Qaynar.info