Video 10:20 03.12.2018

Zabit Səmədov rusiyalı rəqibini nokauta saldı (VİDEO)

Belarusun paytaxtı Minskdə azərbaycanlı kikboksçu Zabit Səmədov növbəti döyüşünü keçirib.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, "Axmat” Fight Show gecəsinin mərkəzi görüşündə ağırçəkililər – "Mauqli” ləqəbli Səmədovla rusiyalı Yevgeni Orlov üz-üzə gəlib.

Zabit Səmədovun aşkar üstünlüyü ilə keçən görüşdə azərbaycanlı idmançı rəqibini nokauta göndərib. Ona bu qələbəyə görə səyahət talonu mükafatı verilib.
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!