Foto 23:56 18.06.2019

Zabrat – Maştağa yolunda təhlükə (FOTOLAR)

Zabrat - Maştağa şossesində qəzalı vəziyyətdə olan dəmir konstruksiya vətəndaşların narazılığına səbəb olub.

Qaynarinfo xəbər verir ki, "Qafqazinfo”ya müraciət edən sakinlər "Ayxan” Ticarət Mərkəzinin qarşısında yerləşən konstruksiyanın piyadalar, həmçinin də işıqforda gözləyən avtomobillər üçün təhlükəli olduğunu bildirib.

Həmin dəmirin hansı məqsədlə əraziyə yerləşdirildiyi dəqiq məlum olmasa da, gələcəkdə piyada keçidi kimi istifadə olunacağı ehtimal edilir. 

Həmin görüntünü təqdim edirik: