Ölkə 14:52 14.05.2013

Zahid Oruc etiraz etdi

Milli Məclis plenar iclasını fasiləsiz davam etdirir. Hazırda internetdə təhqir və böhtana görə məsuliyyəti nəzərdə tutan əlavə və dəyişikliklər müzakirə olunur. 

Deputat Zahid Oruc söz alaraq deputat həmkarlarının parlamentə sayğısızlığına etiraz edib: “Ziyafət müəllim, mən parlament zalına baxıram, cəmi 42 nəfər var. O adamlar ki, fasiləsiz işləməyi təklif etdilər, hamısı çıxıb gedib, biz hara tələsirik? Təklif edirəm ki, biz fasilə elan edək, fasilədən sonra işləyək. Ümumiyyətlə, bir qayda olaraq son iclaslarda fasiləsiz işləmişik. Biz hara tələsirik?”.

İclasa sədrlik edən Ziyafət Əsgərov isə dedi ki, artıq fasiləsiz iclasla bağlı qərar verilib: “Amma gələn iclasda bu təklif nəzərə alına bilər”.//musavat//