Foto 22:01 23.02.2018

Zakir Həsənov Belarusda medal aldı (FOTO)

Minskdə səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunan təntənəli mərasimdə iştirak edib.

Müdafiə nazirliyinin mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, iki ölkə arasında hərbi əməkdaşlığın inkişafında göstərdiyi xidmətlərə görə Azərbaycanın Müdafiə naziri "Belarus Respublikası Silahlı Qüvvələrinin 100 illiyi” yubiley medalı ilə təltif olunub
Sonra general-polkovnik Z.Həsənov və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri Minsk şəhərindəki Qələbə meydanını ziyarət edərək Qələbə abidəsinin önünə əklil qoyublar.