Foto 13:53 07.11.2018

Zamirə Hacıyevanın 27 milyon manatlıq lüks evi görüntüləndi (FOTOLAR)

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın İngiltərənin paytaxtı Londonda yaşadığı lüks evin görüntüləri yayılıb.

Qaynarinfo publika.az-a istinadən xəbər verir ki, cütlük Londonun qərbində "Harrods” alış-veriş mərkəzinin yaxınlığında yerləşən bu evi 7 il öncə alıb.



Lüks ev üçün 11.5 milyon funt sterlinq (təxminən 27 milyon manat) məbləğində ödəniş edildiyi bildirilir.

Qeyd edək ki, 55 yaşlı Z.Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində ötən gün London polisi tərəfindən həbs olunub. Bu sərəncama əsasən o, var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır.

UWO, Britaniyada potensial çirkli pullara sahib olan şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur.