Xəbər lenti

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 30-a çatıb (YENİLƏNİB)
Ölkə 23:02 07.05.2024

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 30-a çatıb (YENİLƏNİB)

Zaqatalada dönərdən zəhərlənənlərin sayı artıb.


APA-nın məlumatına görə, axşam saatlarından başlayaraq toyuq dönəridən zəhərlənərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə müraciət edənlərin sayı 30-a çatıb.


Zəhərlənmə əlamətləri ilə müraciətlər davam edir.

 

21.08


Zaqatalada dönərdən zəhərlənənlərin sayı 10-u keçib.


Qaynarinfo xəbər verir ki, zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi məlum olub.


Zəhərlənənlər arasında tələbələrdə var.


Qeyd olunub ki, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialınında iki tələbəsinin də toyuq ətindən hazırlanmış dönərdən zəhərlənərək Zaqatala RMX-a müraciət ediblər.


Əldə olunan məlumata görə, zəhərlənən şəxslər Zaqatala şəhərinin müxtəlif dönərxanalarında hazırlanmış dönərlərdən istifadə ediblər.


Faktla bağlı müvaviq qrumlar tərəfindən araşdırmalara başlanılıb.



20:03


Zaqatalada ana və iki övladı dönərdən zəhərlənib.


APA-nın məlumatına görə, axşam saatlarında rayonun Mosul kənd sakini, 1987-ci il təvəllüdlü Aynur Məmmədova və onun iki övladı - 2009-cu il təvəllüdlü Ravil Məmmədov və 2012-ci il təvəllüdlü Ruslan Məmmədov zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət ediblər.

Müayinə və aparılan araşdırma zamanı ana və iki övladının dönər yedikdən sonra səhhətlərində narahatlıq yarandığı məlum olub. Hazırda Zaqatala RMX-da onlara tibbi yardım göstərilir.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->