Texnologiya 20:22 13.01.2019

Zarafatla buraxılan kriptovalyutalar

Dünyada kriptovalyutaların sürətlə populyarlaşdığı bir vaxtda, bitkoin və digər nisbətən ciddi koinlərlə yanaşı, zarafatla da koinlər buraxılıb.

Ölü coinlərin  bir çoxu böyük bir zarafatdır, onlar ən yaxşı və ya ən böyük valyuta olmaq məqsədi ilə və ya sadəcə bir şəxsin adını və ya nüfuzunu istifadə etmək üçün yaradılmayıb.

Bəzi coinlərin adları daha çox pul əldə etmək üçün istifadə olunduğuna görə, onlar  fırıldaq kateqoriyası altına  düşürlər. Daha sonra bitcoinin yaradıcısı bütün pullarını satır və layihəni tərk edir. Buna görə bir çox coinlər tərk edilmiş layihələr olaraq siyahılanıb.

Bəzi zarafatla buraxılan coinlər də var ki, yarı müvəfəqiyyət əldə edə biliblər. Məsələn: Dogecoin kimi. Dünya bazarında Dogecoin ən yaxşı 50 coindən aşağıdır. Amma coinlərin baxımı və təhlükəsizliyi çox çətin iş  olduğuna görə, Dogecoin pis bir nümunədir.

Zarafatla buraxılan coinlərin 90-95% -dən çoxu ölüb, belə ki zarafatla buraxılan coinlərə sərmayə qoymazdan əvvəl zarafat olmadığına əmin olmaq lazımdır. Əgər zarafatla buraxılan coin olsa belə,  əmin olmaq lazımdır ki, həmin coin üst səviyyədə  bir yaradıcıya sahib olsun. Yoxsa bütün investisiyalarınızı itirə bilərsiniz.

Zarafatla buraxılan coinlərin yaranma səbəbi:

•   Kriptovalyutaya istehza etmək üçün (Trollcoin)
•   Özünü daha ciddi bir koinə oxşatmaq (Useless Ethereum Token)
•  Bir şəxsin adından istifadə edib mənfəət götürmək (ObamaCoin)

Zarafatla buraxılan ölü coinlərin ən məşhurları bunlardır:

•  MonaCoin
• Jesus Coin
•  Useless Ethereum Token
•  PayCon
• AssPennies
•  CryptoMeth
•  ObamaCoin
•  Trollcoin
•  Vadercoin
• Brokebackmountaincoin
• Boringcoin
• Heisenberg

Zarafatla buraxılan coinlərin siyahısı olduqca böyükdür, biz yalnız ən gülməli olanları sizə təqdim etmişik.

2018-ci ildə kriptovalyutaya dair biliklər daha da genişləndiyinə görə, zarafatla buraxılan coinlərdən gəlir əldə etmək çox çətin olub.

Mənbə: fed.az