Ölkə 17:34 17.04.2014

Zaur Hüseynovdan yeni təyinat

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat həyata keçirilib. 

 Qaynar.info "AzNews.az"a istinadən xəbər verir ki, QSC-nin mətbuat xidmətinin rəhbəri vəzifəsinə Nəsimi Paşayev təyin olunub. N.Paşayev ali təhsilini Türkiyədə alıb. 2000-ci ildən “Bakıelektrikşəbəkə” ASC Mətbuat Xidmətində çalışıb. 

Xatırladaq ki, bundan əvvəl qurumun mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva olub. 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Prezidentin digər sərəncamı ilə yeni qrumun sədri vəzifəsinə Zaur Hüseynov təyin edilib. 

Qaynar.info