Maqazin 19:26 20.04.2018

Zaur Şəbnəmin yaşı ilə bağlı yalanını ortaya çıxardı

Aparıcı Zaur Kamal "5/5” proqramına qonaq olan Şəbnəm Əsədovanın (Tovuzlu) yalanını açıb.

Qaynarinfo xəbər verir ki, aparıcı əvvəlcə Şəbnəmin 31 yaşı olduğunu dediyi videosunu nümayiş etdirib. Daha sonra isə ondan neçənci ildə dünyaya gəldiyini soruşub. Ş.Əsədova 1984-cü ildə doğulduğunu, amma riyaziyyatı yaxşı bilmədiyi üçün yaşını səhv dediyini söyləyib.

Z.Kamal daha sonra müğənnini şəxsiyyət vəsiqəsini efirdə nümayiş etdirib və onun 1983-cü ildə doğulduğunu bildirib. 

Şəbnəm "Yaş yarımımda anam rəhmətə gedib. Soyadım başqa olub. Anam tovuzludur. Xalam və yoldaşı övladı olmadığı üçün məni saxlayıb. Xalamgil mənə öz soyadlarını vermək üçün başqa vəsiqə çıxarıblar və 1983-cü il yazıblar. Amma mən 1984-cü ildə doğulmuşam" cavabını verib.