Video 11:30 15.03.2018

Zaur Səidəni studiyadan qovdu: Canlı yayımda biabırçılıq (VİDEO)

Dünən "5/5"-in efiri ilginc olaya səhnə olub.

Qaynarinfo milli.az-a istinadən xəbər verir ki, aparıcı Zaur Kamal verilişində qonaq olan bir oriental rəqqasənin özü ilə rəqs üçün studiyaya gətirdiyi ilanı qoluna sarıdıb.

Sonra tamaşaçılara doğru yaxınlaşan aparıcı studiyada azyaşlıların olduğunu nəzərə almayıb. Ardınca ilandan qorxduğunu bildiyi operatora yaxınlaşan Zaur onun həmin yerdən uzaqlaşmasına səbəb olub.

Aparıcı bununla da kifayətlənməyib. Belə ki, Zaur Kamal ilanla qonağı olan müğənni Səidə Sultanın üzərinə doğru irəliləyib. Səidə qorxusundan qışqıraraq studiyanı tərk edib. Müğənninin arxasınca gedən Zaur onun studiyadan çıxdığını deyib. Səidə bir neçə dəqiqədən sonra yenidən qayıdıb.

Qeyd edək ki, bütün bunlar canlı yayımda yaşanıb.