Ukrayna prezidenti Vladimir Zelenski Müdafiə naziri Stepan Poltorakı itələyib.
Qaynarinfo xəbər verir ki, Ukrayna lideri Silahlı Qüvvələrin Baş Qərargah rəisi Ruslan Xomçak, prezident ofisi rəhbərinin müavini Ruslan Ryaboşapka və digər şəxslə söhbət zamanı naziri kobud şəkildə itələyib.
Ölkə rəhbərinin bu davranışı media və sosial şəbəkələrdə müzakirələrə və narazılıqlara səbəb olub.
R.Ryaboşapkanın iddiasına görə, V.Zelenski S.Poltorakı itələməyib, sadəcə digər tərəfə keçməsini istəyib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər