Xəbər lenti

Zəlimxan Məmmədli:
Ölkə 13:53 16.05.2024

Zəlimxan Məmmədli: "Seçkiyə hazıram, deputat seçilmək şansım yüksəkdir"

"Hər zaman 33-cü saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizəd olmuşam".

Bunu Qaynarinfo-ya açıqlamasında Zəlimxan Məmmədli deyib. O, hazırda hansı dairədən namizədliyini irəli sürəcəyi ilə bağlı məsləhətləşmələr apardığını da bildirib:

"Siyasətlə məşğul olan insan hər zaman seçkiyə hazır olmalıdır. Məsləhətləşmələrdən sonra son qərarımı məqamı çatanda bildirəcəm".

Zəlimxan Məmmədli vurğulayıb ki, məsləhətləşmələrin nəticəsinə uyğun qərar verəcək:

"33-cü saylı Xətai birinci seçki dairəsindən namizəd olacağımı istisna etmirəm. Düşünürəm ki, deputat seçilmək şansım yüksəkdir".
 
Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->