Dünya 11:15 21.04.2013

Zəlzələ: 179 ölü, 6986 yaralı

Çinin Sıçuan əyalətindəki Yəan şəhərində baş vermiş 7 bal gücündə zəlzələdə ölənlərin sayı 179-a çatıb, 6986 adam xəsarət alıb. 

APA-nın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, xilasedicilər uçqun altında sağ qalanların axtarışı üzrə əməliyyatı davam edir. 

Onlara kömək məqsədi ilə hadisə yerinə on minlərlə hərbçi, polis və yanğınsöndürənlər göndərilib.

Qaynar.info