Foto 11:42 18.01.2020

Zəngilan şəhərciyi Anar Əsədlini necə qarşıladı: Deputatlığa namizəd seçicilərində güvən hissi yaratdı... (FOTO/VİDEO)

125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Anar Əsədli Abşeron rayonunun Masazır qəsəbəsində məskunlaşmış Zəngilan sakinləri ilə görüşüb. 

Qaynarinfo-nun əməkdaşının da iştirak etdiyi görüşdə, Anar Əsədli vəkillərinin, komandasının və media nümayəndələrinin iştirakı ilə sakinlərinin bir qrupunun evində qonaq olub, qəsəbədə ev-ev gəzərək, seçicilərlə canlı ünsüyyət qurub, səmimi söhbət edib. Deputatlığa namizədin bu səmimiyyəti qarşılığında insanlar onu çox doğmalıqla qarşılayaraq, isti münasibət göstəriblər. Yaşlı nəslin nümayəndələri Anar Əsədlinin seçiciləri ilə canlı ünsiyyətdə olmasından şad olduqlarını, insanlarda güvən yaratdığını və xeyir duaları ilə birlikdə seçkilərdə səslərini ona verəcəklərini deyiblər. Deputatlığa namizədin uşaqlara qarşı həssas yanaşması xüsusi diqqət çəkib. Hətta onların səsvermə prosesində heç vaxt iştirak etməyən valideynləri belə bu səmimiyyətdən təsirlənərək bu dəfə səsvermədə iştirak edərək Anar Əsədliyə səs verəcəklərini vurğulayıblar. 

Bu yola "İnanın, dəyişirik" sloqanı ilə başlayan deputatlığa namizəd seçki prosesinin şəffaflığına inanmağa səsləyib, bu dəfə hər şeyin müsbət yöndə dəyişəcəyini bildirib. Anar Əsədli çıxışı zamanı seçiciləri səsvermə prosesində aktiv olmağa çağırıb. Belə ki, o, millətin vəkili seçiləcəyi təqdirdə, yeniləşən Milli Məclisdə dövlət və seçicilər arasında körpü olacağanı qeyd edib.

Ötən gün baş tutan görüşdən video və fotoları təqdim edirik:
 
 
 
Röya Kərimli
Qaynarinfo