Ekonomiks 17:23 21.02.2018

"AFB Bank”ın departament rəhbəri: "İşdən çıxarılmamışıq" (YENİLƏNİB)

"Nə mən, nə də Qəhrəman qovulmamışıq. İşimizə davam edirik. Eyni departamentdə işləyirəm, sadəcə başqa vəzifəyə keçirilmişəm. Bu da yeni rəhbərin gəlişindən sonra yaratdığı yeni strukturla əlaqəlidir".

Bu sözləri Qanarinfo-ya açıqlamasında "AFB Bank”ın Kredit departamentinin direktoru Mübariz Bayramov deyib.

Mübariz Bayramov özünün və Təminat departamentinin direktoru Qəhrəman Abbasovun işdən çıxarılması xəbərini təkzib edib:

"Zərərlə işləyən bank məsələsini qeyd edirlər, amma bunu zərərli vəziyyətə kimin gətirdiyini, ümumiyyətlə kimlərin vaxtında olduğunu qeyd etmirlər".
 
Mübariz Bayramov Kredit departamentinin Portfelə Nəzarət şöbəsinin rəisi, Qəhrəman Abbasov isə Təchizat şöbəsinin rəisi təyin edilib.

***
14.21

"AFB Bank”da kredit və təminat departamentlərinin rəhbərləri vəzifələrindən azad edilib.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, bunlar Kredit departamentinin direktoru Mübariz Bayramov və Təminat departamentinin direktoru Qəhrəman Abbasovdur

Onların yerinə təyinat aparılmayıb.

Qeyd edək ki, "AFB Bank” ASC 2017-ci ili zərərlə bitirib. Bankın 1 yanvar 2018-ci ilə olan maliyyə hesabatına əsasən  ötən il ərzində 24,674 mln. manat ümümi faiz gəliri əldə edib.

Bu da 2016-cı il ilə müqayisədə daha 8 mln. daha çox faiz gəlir əldə etməsi deməkdir. Lakin kommersiya bankı bu göstərici ili ötən ilki xərclərini qarşılaya bilməyib – ili 12,19 mln. manat xalis zərərlə bitirib.

Bankın cəmi kapitalı ilin ilk rübündə 82, 173 mln manat təşkil etdiyi halda ilin sonunda  67,58 mln. həcminə düşüb. Bankın zərəri balansında olan 9,4 mln. manat bölüşdürülməmiş mənfəəti yoxa çıxarmaqla yanaşı 4,8 milyon manat əlavə yığılmış zərər ortaya çıxarıb.